Suryapı

Suyun sakitləşdirici təsirini peyzajın çoxçeşidli bitki örtüyü ilə bir araya gətirən konsepsiyası sayəsində Gölbahçe Evlerində təmiz havanı udmaq və təbiətin qoynunda olmaq ən böyük lüksünüz olacaq. Burada təbiət bir detal deyil, həyatın mərkəzidir... Gölbahçe Evleri sayəsində hər səhər quş səsləri ilə oyanmaq və mövsümlərin dəyişən rənglərinə şahid olmaq həyatınızın ən böyük həzzi olacaq.

Gölbahçe Evlerində 6 yaşayış bloku ərazinin ətrafında yerləşir və ortadakı sosial məkanın sərhədlərini müəyyənləşdirir. Orta bağçaya açılan salon və mətbəxlər sayəsində bayırda oyun oynayan övladınız daima görə biləcəyiniz məsafədə olacaqdır.  Tanış və səmimi bir dünyaya açılan pəncərələriniz gün işığını və təbiəti ağuşuna alır. 

Yaşayış kompleksinin sakinlərinə xitab edən alış-veriş bloku isə həyatınızı asanlaşdırmaq məqsədilə düz yanınızda yerləşir.  Bir-birinə bucaq altında dizayn edilən binalar qonşuluq üçün əlverişli, lakin qarşı-qarşıya baxışa mane olacaq şəkildə ucalır.  Yer səviyyəsindəki mərtəbələrin terraslarının qarşısında uzanan yaşıllıq sahələri gəzinti yolları və bəzək hovuzları ilə ümumi ərazidən ayrılır.  

İstanbulun təmiz havası ilə qabaqcıl səmtlərindən Sultanbeylidə! 

Yavuz Sultan Selim Körpüsü, Paşaköy kassaları və TEM şosse yolunun düz yanında olan Gölbahçe Evleri Ataşehirə təqribən 10 dəqiqə məsafədə, eyni zamanda ekspress qatar xətti, Yavuz Sultan Selim Körpüsü və Kuzey Marmara şosse yolu üzərindədir.  Gölbahçe Evleri həmçinin Osmangazi Körpüsü ilə İstanbul-Bursa-İzmir arasındakı məsafəni qısaldan yeni şosse yolu ilə birləşmə yollarına da çox yaxın mövqedədir. 

Anadolu və Avropa səmtləri arasındakı əsas nəqliyyat arteriyasının yerləşdiyi Sultanbeyli təmiz su mənbələrinə yaxınlığı sayəsində İstanbulun yaşanılacaq ən gözəl səmtlərindən biridir.  Gölbahçe Evleri də həm bu gözəl mövqeyi, həm də mühüm nəqliyyat kanallarına yaxınlığı sayəsində həyatınızı asanlaşdırır. 
 

LAYİHƏ VEB SAYFASI

Layihə təfərrüatları

YER: Sultanbeyli, İstanbul

KVADRAT METR: 70 - 282 m²

Otaq NÖVLƏRİ: 2+1, 3+1, 4+1

LAYİHƏ NÖVÜ: YAŞAYIŞ YERİ

Bizimlə əlaqə saxlayın

Burhaniye St. Abdullahağa Ave. No:21 / 34676 Altunizade Üsküdar/Istanbul

+90 (216) 556 08 00 (Pbx)

+90 (216) 422 65 14

[email protected]

Daim yeniliklərdən xəbərdar olmaq üçün abunə olun

;