Suryapı

Sur Yapı Şehir Konakları: Həyatın içində, adət edilmişdən fərqli!

Xəyalınızda canlandırın! İndi yeni evinizdə, yəni "Şehir Konakları"ndasınız.  Pəncərənizi açarkən
eşitdiyiniz ilk şey quşların səsi, gördüyünüz ilk şey yaşıl rəngin min bir tonudur... Lakin hələ də şəhərin dinamizmi ilə dolu, eksklüziv bir həyatdan ayrılmamısınız.  Xəyalında canlandırmaq belə gözəl deyilmi? Burada ehtiyacınız olan hər şey düşünülmüş və sizin üçün bir yerdə cəmləşdirilmişdir.  Yeganə çatışmayan siz və ailənizsiniz! 

Malikanə həyatı heç vaxt bu qədər ŞƏHƏRLİ olmayıb!

Keçmişdə nüfuzlu və komfortlu həyatın göstəricisi olmuş malikanələrin müasir bir oranjemanı "Şehir Konakları"dır... Dünyanın ən gözəl şəhərində eleqant bir müdaxilə, cazibədar müasir arxitekturası sayəsində "Sur Yapı"nın imza layihələrindən biri!   Zərif bir zövqü və təbiiliyi, keçmişi və gələcəyi bir araya gətirən, daxilində neçə-neçə gözəlliyi gizləyən "Şehir Konakları" Ümraniyenin ən gözəl yerində, "Metrogarden" ticarət mərkəzinə və metroya piyada məsafədə yerləşir.  Qəlbində yaşıl rəngin onlarla tonunu daşıyan "Şehir Konakları" müasir arxitekturası ilə şəhərin həyatına yeni bir məna gətirir. Çekmeköyün düz yanında, Ataşehirə təqribən 10 dəqiqə məsafədə yerləşən "Şehir Konakları" həmçinin Şimali Mərmərə - TEM şosse yoluna birləşməsi sayəsində tıxacsız şəkildə 10 dəqiqəyə Altunizadeyə çatmağın həzzini yaşadır. 

Gözəl bir gələcək üçün dəyər!

"Sur Yapı" illər keçsə də dəyərini itirməyəcək müasir dövrün malikanələrini Ümraniyenin ən gözəl yerində reallaşdırdı.  Nəqliyyatla asan əlçatanlıq, təfərrüatlı şəkildə planlaşdırılmış sosial və kommersiya sahələri "Şehir Konakları"nı hər baxımdan daha dəyərli və unikal edir. "Şehir Konakları"nın dörd bir yanında yerləşən ofislər, ticarət mərkəzləri, piyada məsafədəki Üsküdar-Çekmeköy metrosunun Necip Fazıl dayanacağı, hər üç körpüyə olan yaxınlığı onun indi olduğu kimi, gələcəkdə də cazibə nöqtəsi olacağını göstərir.

"Sur Yapı"dan müasir dövrün malikanələri...

Türk arxitektura mədəniyyətində çox istifadə edilən qapalı balkonlu malikanələr "Sur Yapı" tərəfindən yenidən oranjeman edilərək, dövrümüzün ehtiyaclarına və lükslərinə əlavə edildi.   Yaşayış kompleksinin içinə daxil olduğunuz an diqqətinizi çəkəcək bu müasir malikanələr xoşunuza gələcək.  Sizin üçün düşünülmüş ictimai yerlər, yaşıl və mavi rənglərin min bir tonu da əlavə edilincə evinizdən çıxmaq istəməyəcəksiniz. 

İndi orada olardım!

İçində gizli bir cənnət olan "Şehir Konakları"nda axtardığınız və ehtiyac duyduğunuz hər şey var. Gəzinti yolları, ictimai iaşə müəssisələri, idman sahələri, uşaqlar üçün oyun yerləri sayəsində hər yaşdan olan insana uyğun bir yer var.  "Şehir Konakları"ndakı bəzək hovuzları və yaşıllıqlar sayəsində istirahət edə biləcəyiniz, vaxt keçirə biləcəyiniz həzz dolu yerlər sizi gözləyir. Bəlkə bir axşam sizin üçün hazırlanmış istirahət yerlərində oturacak və ya açıq havadakı sobaların başında söhbət edəcəksiniz. Yaşıllığını hər zaman qoruyan maqnoliya ağacları, salxım söyüdlər, baharın xəbərçisi olan ihuda ağacları "Şehir Konakları"nda sizi gözləyir.

LAYİHƏ VEB SAYFASI

Layihə təfərrüatları

YER: Ümraniye, İstanbul

KVADRAT METR: METREKARE: 60 - 269 m²

Otaq NÖVLƏRİ: 1+1, 2+1, 3+1 ve 4+1

LAYİHƏ NÖVÜ: YAŞAYIŞ YERİ

Bizimlə əlaqə saxlayın

Burhaniye St. Abdullahağa Ave. No:21 / 34676 Altunizade Üsküdar/Istanbul

+90 (216) 556 08 00 (Pbx)

+90 (216) 422 65 14

[email protected]

Daim yeniliklərdən xəbərdar olmaq üçün abunə olun

;