ƏSAS ARTERİYALARIN KƏSİŞMƏ NÖQTƏSİNDƏ
Anadolu və Avropa səmtləri arasındakı əsas nəqliyyat arteriyasının üzərində yerləşdiyi üçün Sancaktepe son dövrdə investorlar üçün mühüm bir cazibə nöqtəsidir. Lavender isə 3 əsas yolun birləşdiyi dəyərli bir mövqe olan Ataşehir oxunda, TEM-ə qonşuluqda yerləşir.
Yavuz Sultan Selim Körpüsünün birləşmə yolları və Üsküdar-Çekmeköy metro xətti Sancaktepenin mərkəzindən keçir. Metro sayəsində Üsküdara 20 dəqiqədə, Yenikapıya 30 dəqiqədə, Taksimə isə 45 dəqiqədə çatmaq mümkündür.
Lavender Çekmeköy-Sancaktepe metrosunun və Şimali Mərmərə şosse yolunun birləşməsi vasitəsilə Halkalı-Gebze arasında fasiləsiz nəqliyyatı təmin edəcək sürət qatarının Anadolu səmtindəki dayanacağına da qonşuluqda yerləşir.
Sancaktepeyə nəqliyyatla asanlıqla gedilə bilməsi ilə yanaşı, Türkiyənin və Avropanın ən böyük şəhər xəstəxanasının da Sancaktepedə tikilməsi planlaşdırılır.
4100 çarpayılı xəstəxanada gündəlik hərəkətin təqribən 100 min nəfər olacağı gözlənilir. Həmçinin tikilməsi planlaşdırılan başqa bir iri bina olan yeni dövlət universiteti də bu bölgəyə qonşuluqda yerləşir. Mühüm təhsil müəssisələri və müxtəlif ticarət mərkəzləri sayəsində Sancaktepe ticarətin və sosial həyatın cazibə nöqtəsinə çevrilməkdədir.
ÇOX YAŞIL, ÇOX MAVİ: TAM İSTƏDİYİNİZ KİMİ
İstanbulda təbiətin bu qədər valehedici ola biləcəyini təxmin edə bilərdinizmi? Lavenderdə sadəcə lavanda deyil, yüzlərlə bitki, ağac və gül həyatınızın mərkəzinə daxil olacaq. Mövsümlər öz rənglərinə yenidən qovuşacaq, təbiətin bihuşedici ətirləri hər gün yenidən qonağınız olacaq. Çünki Lavenderin mərkəzi hissəsi yaşıl sahələrə ayrılmışdır.
Böyük bir göl yeri və geniş üzgüçülük hovuzu ilə suyun dinclik gətirən təsiri yaşıllığı müşayiət edir. Yaşılın və mavinin qucaq-qucağa olduğu bütün bu geniş ərazilər sevdiklərinizlə yuxu kimi zamanlar keçirmək üçün idealdır.
Binanın 9 bloku ortadakı əsas bağça sahəsinin ətrafında, 5 blok isə layihənin giriş fasadını təşkil edəcək şəkildə yerləşmişdir. Azmərtəbəli və müxtəlif hündürlüklərdə olan binalar gözü yormayan və görmə məsafəsinin qarşısını almayan bir yaşayış yeri təqdim edir: Görmə məsafəsində yerləşən təbiət, müşk kimi lavanda ətirləri və ucsuz-bucaqsız bir göy üzü...
Lavenderin daxili bağçasında yerləşən Lavender Cafe və ictimai iaşə müəssisələri, açıq və qapalı üzgüçülük hovuzları isə onun dəbdəbəli arxitekturasının sosial elementlərini tamamlayır.
BÜTÜN EHTİYACLARINIZ QAPINIZIN ÖNÜNDƏ
Eleqant binalar, dəbdəbəli mağazalar, işıltılı vitrinlər, təmizlik və nizam-intizam... Hansısa bir Avropa şəhərində alış-veriş etməyi hansımız sevmirik?
O zaman sizi də Lavenderə gözləyirik! Lavenderin ətrafını əhatə edən üç yola baxan ticarət prospektindəki mağazalar bu bölgənin sosiallaşacağı bir cazibə mərkəzi olacaq. Hər bir kommersiya bölməsi çevik və əlverişli dizaynı ilə olduqca müxtəlif ehtiyaclara cavab verəcək xarakterdədir.
Cazibədar arxitekturası ilə prospektin dinamik həyatını bir araya gətirən bu açıq hava bazarı özünəməxsus kafe və restoranları ilə sadəcə Lavenderin deyil, bölgənin ticarət və sosial həyatının da mərkəzi olmağa namizəddir. Həyatın bütün gözəllikləri Lavenderdə qapınızın önündən başlayır. Komfortu və fərqli arxitekturası ilə eksklüziv bir həyat formalaşdırır.
YER: Sancaktepe, İstanbul
KVADRAT METR: 45 - 195 m²
Otaq NÖVLƏRİ: 1+1, 2+1, 3+1, 4+1
LAYİHƏ NÖVÜ: YAŞAYIŞ YERİ
Burhaniye St. Abdullahağa Ave. No:21 / 34676 Altunizade Üsküdar/Istanbul
+90 (216) 422 65 14